Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi ilə əlaqədar “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
"Vətən səsi" xəbər verir ki, bu gün MOK-un inzibati binasında keçirilən imzalanma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub-2012” ictimai birliyinin sədri Azər Əsgərov, klubun direktoru Mübariz Cəfərov, rəsmi qonaqlar və media nümayəndələri iştirak ediblər.