22.06.2025, 22:28
AZ EN
04.12.2023, 11:03 339

On səkkiz yaşlı qəhrəman

XƏBƏRLƏR
  • “Ülvi həmişə deyirdi ki, hərbçi olacam, torpaqlarımızı düşməndən azad edəcəm. Bütün Azərbaycan məndən danışacaq, Sizin başınızı uca edəcəm”. Şəhid Ülvi Azayevin anası deyir ki, oğlum düz deyirmiş, o nəinki bizim, Vətənimizin başını uca edən oğullardan oldu. Filmlərdə izlədiyimiz qəhrəmanlıqları biz öz oğullarımızda gördük. Bütün şəhidlərimizin qarşısında baş əyirəm və deyirəm ki, çəkilən əmək, analarınızın südü Sizə halal olsun!

İkinci Vətən Müharibəsi qəhrəmanlarından olan, 18 yaşında tarix yazan igid oğullarımızdan biri də şəhid əsgər Ülvi Maqsud oğlu Azayevdir. O,  2001-ci il dekabrın 4-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2020-ci ildə hərbi xidmətə yollanıb.

İkinci Vətən Müharibəsi başlayanda Ülvi 9 ayın əsgəri idi. Snayperçi əsgərin döyüş yolu Ağdərə istiqamətində başlayıb. Sonra Suqovuşan və Talış döyüşlərində davam edib. Ülvi Azayev oktyabrın 2-də Ağdərə istiqamətində qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz doğulub boya-başa çatdığı Kürdəmir rayonunda, doğma kəndlərində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ülvi Azayev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu gün qəhrəman şəhidimizin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Ülvi balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər