"Azərpoçt" MMC-ə istinadən xəbərinə görə, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş markalar müxtəlif kateqoriya üzrə hazırlanıb və iki dövlətdə çap olunub. Bu markalar arasında 1 markadan ibarət blok məhdud sayda, cəmi 2000 tirajla, hər biri isə özəl nömrələnmiş Almaniyanın Berlin şəhərində yerləşən “Bundesdruckerei” nəşriyyat evində çap olunub. (APA)