22.11.2024, 19:08
AZ EN
27.11.2023, 07:10 266

Füzuli sakini: Otuz ildən çoxdur bu xoş günün gələcəyini gözləyirdik

XƏBƏRLƏR
  • Bu gün çox sevincli və qürurlu günlərdən biridir. Doğma el-obama - Füzuli rayonuna qayıdıram. Otuz ildən çoxdur hamımız bu xoş günün gələcəyini gözləyirdik. Bizə bu şərəfli günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə səbir və şəfa diləyirəm.

Bu sözləri noyabrın 27-də Bakıdan Füzuli rayonuna yola düşən keçmiş məcburi köçkün Fatma Əliyeva deyib.

“Allaha çox şükür ki, haqq-ədalət öz yerini tapdı. Nəhayət, bizim doğma yurd həsrətimiz sona çatdı. Füzulidən gənc yaşlarımda çıxmışam, ata-anamla Bakıya köçmüşdük. İndi isə öz ailəmlə doğma ata ocağıma qayıdıram. Sevincimizin həddi-hüdudu yoxdur", - deyə Fatma Əliyeva bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər