Bu sözləri ata-baba yurduna qayıdan Füzuli sakini Mikayılov Bəhruz deyib.
Şəhid atası dövlət başçısı İlham Əliyevə, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman Vətən oğlanlarına təşəkkürünü bildirib:
“Mənim övladım Ülvi Mikayılov da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub. Onun ən böyük arzusu olub ki, öz torpaqlarımza qayıdaq. Bugünkü gün öz torpağıma köçməyim mənim üçün şərəfdir. Allah qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət etsin”. (Report)