Laçına gedənlər arasında tanınmış aktyor Rauf Şahsuvarov da olub.
O bildirib ki, Laçında işləyəcək.
Qeyd edək ki, aktyor 1991–1992-ci illərdə Arif Paşayevin komandiri olduğu Azərbaycanda olan ilk nizami alayın - Laçın alayının tərkibində Qarabağ müharibəsində iştirak edib.
Rauf Şahsuvarov hazırda Bakı Uşaq teatrında işləyir. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olub və müxtəlif rollar oynayıb.
Aktyor "O dünyadan salam", "Lal", "Yol yoldaşları", "QAZ", "Kəndim+nizə qayıdın!?", "Sübhün səfiri", "Oğlan evi 2", "Hoqqa", "Sən demə" filmlərində, "Pərvanələrin rəqsi", "Sonuncu fəsil", "Qız atası", "Vicdan haqqı", "Əqrəb mövsümü" seriallarında yaddaqalan obrazlar yaradıb. (Trend)