Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Qarabağ regional məşğulluq filialının müdiri Babək Tağıyev deyib.
Onun sözlərinə görə, Füzuli şəhərində bu gün keçirilən əmək yarmarkasında 200-ə yaxın vakansiya ilə 27 müəssisə iştirak edir: "Tədbirlər silsiləsinin davamı olaraq bu gün Qarabağ regional məşğulluq filialının təşkilatçılığı, xüsusi nümayəndəliyin dəstəyi ilə işğaldan azad olunmuş ərazilərdə ilk əmək yarmarkası Füzuli şəhərində təşkil olunur. Yarmarkada 200-ə yaxın vakansiya ilə 27 müəssisə iştirak edir.
Bundan əlavə, Füzuli şəhərinə köçürülmüş sakinlər içərisində indiyə qədər 73 nəfər işlə təmin olunmuşdur. 20 nəfər özünüməşğulluq proqramına cəlb olunub. 150-yə yaxın vətəndaşın məşğulluq tədbirlərinə cəlb olunması üçün proseslər davam etdirilir. Belə yarmarkalar digər işğaldan azad olunmuş ərazilərdə silsilə şəklində təşkil olunması planlaşdırılır". (APA)