24.04.2025, 17:15
AZ EN
17.11.2023, 08:16 418

Həyat eşqi gözlərinin nuruna çevrilən qazimiz

XƏBƏRLƏR
  • İkinci Vətən Müharibəsində hər iki gözünün nurunu itirən Kamran Tariel oğlu Baxışızadə 1994-cü il oktyabrın 14-də Xızı rayonunda dünyaya gəlib. İlk təhsilinə R.İsmayılov adına Xızı rayon orta məktəbində başlayan Kamran, 2012-ci ildə məktəbi bitirib. Həmin ildə Naxçıvan Dövlət Universitetinə daxil olub, tarix ixtisası üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Azərbaycanın mərd oğulları kimi Kamran da könüllü cəbhəyə, torpaqlarımızı işğaldan azad edərək düşməndən qisas almağa yollanıb. O, oktyabrın 5-dən xüsusi təyinatlı kimi Ağdərə, Tərtər istiqamətində döyüşlərə qatılıb. Kamran oktyabrın 14-də - doğum günündə Suqovuşan uğrunda gedən qanlı döyüşlərdə yaralanaraq hər iki gözünü itirib.   

Qazi Kamran Baxşızadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən  "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Ancaq qəhrəman qazimizin həyat hekayəti bununla bitmir. Belə ki, Kamran hər iki gözünü itirməsinə baxmayaraq böyük bir mübarizə ilə çoxdan arzusunda olduğu ikinci ali təhsil almaq üçün Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına daxil olur. Amma bu heç də asan olmayıb, ona doğmaları, xüsusilə də anası böyük dəstək olub. Anası oğlunun  arzusunu gerçəkləşdirməsi üçün ona sanki müəllimlik edib, kitablar oxuyub...    

“Yaşat” fondu da öz maddi və mənəvi dəstəyi ilə həmişə tələbə qazimizin yanında olub.

Mina RƏŞİD

Oxşar xəbərlər