22.11.2024, 19:25
AZ EN
01.11.2023, 20:20 305

Ulu Öndər Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir

XƏBƏRLƏR
  • “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən tədbirlər planı çərçivəsində YAP Biləsuvar rayon təşkilatı noyabrın 1-də tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Sonra tədbir iştirakçıları Biləsuvar şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara və Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunmuş rəsm sərgisinə baxıblar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin adı və fəaliyyəti ilə bağlı olduğunu deyib. O vurğulayıb ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan bu gün dünyada güclü və nüfuzlu dövlətə çevrilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, müstəqillik illərində Ulu Öndərin ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Ümummilli Lider bütün həyatını Azərbaycanın inkişafına həsr edib və onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. F.Qürbətov Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığını söyləyib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Biləsuvar rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov çıxış ediblər.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi hər iki dövrdə liderlik missiyasını layiqincə yerinə yetirib. Onun həyatı xalqa xidmətin ən mükəmməl örnəyidir. Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Dahi rəhbər azərbaycançılıq ideologiyasının banisidir. Bu ideologiya bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub. (AZERTAC)

Oxşar xəbərlər