Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Bakıda keçiriləcək “Medinex” sərgisinin mətbuat konfransı zamanı deyib.
O qeyd edib sərgidə də bütün bu görülən işlər barədə məlumatlar geniş formada təqdim olunacaq.
“Ağalı sakinlərinin tele-tibb vasitəsilə onlayn konsultasiyası icra ediləcək. Qeyd edim ki, Ağalı Ailə Sağlamlıq Mərkəzində tele-tibb sistemi vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.
Bildiyiniz kimi, iyun ayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Dünya Azərbaycanlı Təbiblərin I Simpoziumu keçirilmişdi. Həmin simpoziumda 13 ölkədən 120-dən çox xaricdə çalışan və təhsil alan həkimlərimiz iştirak etmişdi. Medinex-2023 sərgisində də tele-tibbin imkanlarından istifadə etməklə həmin həkimlərimizin Ağalı sakinləri ilə onlayn konsultasiyası təşkil ediləcək”,- deyə o əlavə edib. (Trend)