Bu sözləri “Qədim İrəvan: Hər daşı bir abidə” adlı sənədli filmin təqdimat mərasimində “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva deyib.
Sənədli filmdən təsirləndiyini dilə gətirən Z.Quliyeva tarixi faktların və şahidlərin danışdıqlarının önəmini qeyd edib. O, filmin İrəvanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
QHT sədri, həmçinin deyib: “Ulu Öndər hər zaman tarixi bilməyimizin çox vacib olduğunu vurğulayırdı. Hər birimiz tariximizi, kökümüzü yaxşı bilməli və gənc nəslə aşılamalıyıq”.
QHT-lərin dövlətlə birgə əməkdaşlığının xüsusi əhəmiyyətini vurğulayan Z.Quliyeva bildirib ki, Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qərbi Azərbaycan İcmasının yeni binasının açılışını etməsi və qədim torpaqdan olan insanları bir araya yığması təsadüfi deyildi.
“Biz Qərbi Azərbaycana qovuşacağımız günə addım-addım yaxınlaşırıq”, - deyə QHT sədri vurğulayıb. (AZƏRTAC)