Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra giriş sözü ilə çıxış edən RİH başçısı Eyvaz Hüseynov ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu gün Azərbaycanın iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və tamamilə müstəqil siyasət yeridən bir ölkəyə çevrildiyini, Heydər Əliyevin 100 illik yubileyi dövründə bu dahi şəxsiyyətin xilaskarlıq missiyası, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlərinin xüsusi minnətdarlıqla xatırlandığını, “Heydər Əliyev ili” çərçivəsində çoxsaylı tədbirlərin, konfransların keçirilməsinin ümummilli liderin xatirəsinə bəslənən tükənməz sevgi və ehtiramdan xəbər verdiyini bildirib.
Tədbirdə Yap Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, "Tərəqqi" medallı ziyalı xanım Lyudmila Həsənova, Salakətin kənd tam orta məktəbin tarix müəllimi Anar İbrahimov, Qaradağlı kənd tam orta məktəbinin müəllimi Sevda İbrahimova və başqaları çıxış ediblər.
Mina RƏŞİD