09.06.2025, 12:15
AZ EN
26.10.2023, 07:39 365

Ağalıya köçən sakin: Bu gündən yeni həyata qədəm qoyuruq

XƏBƏRLƏR
  • Mən Zəngilandan məcburi köçkün düşəndə 6 yaşında idim. Bu gün isə 37 yaşımda öz doğma yurduma qayıdıram. Bu günləri bizə yaşatdığı üçün Allaha şükürlər olsun.

Bu sözləri doğma yurduna qayıdan Zəngilan rayonunun Ağalı kənd sakini Mərcanə Həsənova söyləyib.

O deyib: "Biz bundan sonrakı ömrümüzü Ağalıda firavanlıqla yaşamaq istəyirik. Bizə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarıq".

Doğulub boya-başa çatdığı yerlərə getdiyi üçün çox sevincli olduğunu bildirən M.Həsənova artıq ağrı-acıların bitdiyini, bu gündən yeni həyata qədəm qoyduqlarını vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər