Ardınca isə əsas mərhələ start götürəcək. Saat 14:44-də açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 15:00-da "Formula 1"də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.
Azərbaycan Qran-prisi
12 iyun
"Formula 2"
11:05 - 12:10. Əsas yarış
“Formula-1”
14:44 - 14:46. Dövlət Himni mərasimi
15:00. Əsas yarış
"Formula 1"də təsnifat mərhələsinin yekunlarına əsasən, "Ferrari" pilotu Şarl Lekler birinci, "Red Bull" pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.
"Formula 2"də sprint yarışında isə "ART Grand Prix" komandasından Frederik Vesti 21 dövrənin yekununda bütün rəqiblərini qabaqlayıb.
"Prema Racing"dən Jan Daruvala ikinci, "Carlin"dən Liam Louson üçüncü yeri tutub.
"Formula 1"də "Red Bull" komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. "Ferrari"dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.
"Formula 2"də isə müvafiq sıraları "MP Motorsport"dan Felipe Druqoviç, "ART Grand Prix"dən Teo Purşer və "Prema Racing"dən Jan Daruvala tutur.
Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib. ("Report")