20.10.2024, 01:41
AZ EN
18.10.2023, 11:59 331

Meşəli sakini: "Ermənilər o qədər harınlamışdılar ki, gözləri heç nəyi görmürdü"

XƏBƏRLƏR
  • "Evimizdə çörək yeyən ermənilər bizə qəsd etdilər".

Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə zərərçəkmiş Şahin Kazımov deyib.

O bildirib ki, ermənilər qardaşı, polis mayoru Ramili və digər şəxslərlə birlikdə maşınla xəstəxanaya gedəndə atəşə tutulublar: "Bunu edənlər Vaqif, Armayis, Armayisin qardaşı oğlu Spartak olub. Vaqifi də həmin dövrdən tanıyıram. Vaqifin yaşadığı kənddə başçılar kim idi, onları yaxşı tanıyaram. Ən qatı cinayətkar, həmin hadisələrin başçısı Demir Qaparyan olub. Hadisədə iştirak edənlər Badara, Daşbulaq kəndinin sakinləri idilər. O qədər harınlamışdılar ki, gözləri heç nə görməyib. Dayımı yolda tutub, Badara kəndinə aparmışdılar. Dayım oradan qaçmışdı”.

O, üzünü Vaqif Xaçatryana tutaraq bunları deyib: “Vaqif, orada heç kimi tanımağa ehtiyac yoxdur. Çünki kimlər qırğınları törədib, bunu hamı yaxşı bilir. Evimizdə çörək yeyənlər, bizə qəsd etdilər. Hər ev şəhid verib. Evimizdə çörək yetib, qardaşıma güllə atdılar. Bunlar insan deyillər".

Zərərçəkmiş Məmməd Zeynalov isə bildirib ki, 1991-ci il dekabrın 23-də səhər saat 7-də Meşəli kəndinə hücum olub: "Evləri yandırdılar. İlk Novruz kişinin evini yandırdılar, imkan vermədilər ki, evdən çölə çıxan olsun. Mən bunları yaxşı tanıyıram. Badara kəndinə gedib-gəlmişəm. Körpə uşağı yandırmışdılar. Kosalardan köməyə gələn olmasaydı, oradan sağ çıxan olmayacaqdı. Yalan danışır burada. Hamısını özləri törədiblər. Bizim toylarda gəlirdilər, biz də onlara gedirdik".

Vaqif Xaçatryan isə cavab olaraq deyib ki, onun toyuna Meşəli kəndindən xeyli qonaq gəlib: "Məhəmməd, səni tanıdıb, atanla da münasibətim yaxşı olub, səninlə də oduna getmişəm". (APA)

Oxşar xəbərlər