"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Qarabağda nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yollar boyu 13 nəzarət-buraxılış məntəqəsi yaradılıb, onlardan 8-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərir.
O da qeyd edilib ki, 2023-cü il sentyabrın 19-dan Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 daimi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Elxan SALAHOV