24.04.2025, 14:01
AZ EN
16.10.2023, 07:36 421

Laçın sakini: Bizi torpaq həsrəti çəkənlər anlaya bilər

XƏBƏRLƏR
  • Allaha şükürlər olsun ki, torpaqlarımızın işğaldan azad olunduğu günü gördük. Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayıram. Bu gün onların sayəsində öz yurdumuza qayıdırıq. Çox sevincliyəm, eyni zamanda, hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Bu sözləri Laçın sakini Qənirə Kazımova söyləyib.

“Bizi torpaq həsrəti çəkənlər anlaya bilər. Mən Laçından məcburi köçkün düşəndə 43 yaşım var idi. Bu gün 74 yaşımda doğulub boya-başa çatdığım yerlərə qayıdıram",- deyə o bildirib.

Q.Kazımova ağrılı-acılı məcburi köçkünlük illəri yaşadığını vurğulayıb: “Dövlətimizin başçısının rəhbərliyi ilə bu gün bizim üçün Laçında yaşamaq üçün yaxşı şərait yaradılıb. Prezidentimizə, dövlətimizə təşəkkür edirik”. (AZƏRTAC)

Oxşar xəbərlər