22.11.2024, 18:03
AZ EN
13.10.2023, 12:09 332

Erməni jurnalist Araik Arutyunyanla bağlı sirri açdı

XƏBƏRLƏR
  • Erməni jurnalist Tatul Akopyan bu ilin sentyabrınadək Qarabağdakı separatçı rejimə rəhbərlik etmiş və hazırda Bakıda həbsdə olan Arayik Arutyunyanın saxlanılmasının bəzi təfərrüatlarını açıqlayıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilir ki, separatçı dəstənin sabiq lideri səhmdarlarından biri olduğu, Xankəndi şəhərinin mərkəzinin yaxınlığında yerləşən konyak zavodunda saxlanılıb: "DTX-nin xüsusi təyinatlı dəstəsi onu Tumanyan küçəsində yerləşən zavodda həbs edərək Bakıya aparıb”.

Akopyanın bu iddiası sosial şəbəkələrin erməni seqmetində geniş müzakirələrə səbəb olub. Azərbaycan ordusunun lokal xarakterli antiterror tədbirlərindən sonra Xankəndini tərk edərək Ermənistanda məskunlaşan ermənilər jurnalistin yaydığı məlumatı dolayısı ilə təsdiqləyiblər. Sosial şəbəkələrdə müzakirələrə qoşulan ermənilər hələ antiterror tədbirlərindən bir qədər əvvəl qondarma rejimin rəhbəri "vəzifəsi"ndən istefa verdikdən sonra   Arutyunyanla bağlı bəzi gizli məqamlara aydınlıq gətiriblər. Onlar Araikin gizləndiyini təsdiqləsələr də, ehtiyat tədbirlərinə yetərincə diqqət ayırmadığını bildiriblər. Belə ki, Araik Arutyunyan gizləndiyi yerdən yaxın silahdaşlarına tez-tez zəng edərək şəhərdəki vəziyyəti öyrənməyə çalışırmış. Onun bölgədəki son durumla bağlı telefonla məlumat almaq cəhdləri Azərbaycan xüsusi xidmət orqanlarının işinə yarayıb.
O da qeyd edilir ki, vaxtilə Araiklə eyni küçədə yaşamış ermənilər Rusiya sülhməramlılarının onu qoruyacağına, hətta təhlükəsizliyinə hər hansı tədid yaranacağı təqdirdə öz himayəsinə alacağına inanıb. İddia olunur ki, separatçıların keçmiş lideri məhz buna görə özünün təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyib.

Elxan SALAHOV

 

Oxşar xəbərlər