08.09.2024, 05:45
AZ EN
11.10.2023, 12:00 277

Bu gün Beynəlxalq Qızlar Günüdür

XƏBƏRLƏR

BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi təklifə əsasən, 2012-ci ildən etibarən hər il oktyabrın 11-i “Beynəlxalq Qızlar Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.

Qız uşaqlarına səlahiyyət verilməsi, onların haqlarının təmin olunması, üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarına qarşı mübarizə bəşəriyyətin inkişafı üçün vacbdir.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Komitəsi də hər il bu əlamətdar gündə və digər vaxtlarda cəmiyyətdə qızların şəxsi inkişafının təkmilləşdirilməsi və gələcəyimizə töhfə verə bilmələri naminə müxtəlif tədbirlər həyata keçirir.

Mina RƏŞİD

Oxşar xəbərlər