20.10.2024, 01:25
AZ EN
10.10.2023, 13:29 360

Anar Quliyev Ağcabədi, Ağdam, Laçın rayon sakinlərini qəbul edəcək

XƏBƏRLƏR
  • Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 19-da Ağcabədi, Ağdam, Laçın rayon sakinlərini qəbul edəcək.

Bu barədə Komitədən bildirilib.

Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Ağcabədi şəhəri Heydər Əliyev prospekti, 217 (Heydər Əliyev Mərkəzi) ünvanında baş tutacaq.

Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

Bununla yanaşı, qəbul üçün (+994 12) 493 34 67; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrələr: 163, 599) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür. (Report)

Oxşar xəbərlər