19.10.2024, 23:15
AZ EN
26.09.2023, 10:00 280

Bu gün dünyada Avropa Dilləri Günüdür

XƏBƏRLƏR
  • Sentyabrın 26-sı dünyada Avropa Dilləri Günüdür. Bu əlamətdar gün 2001-ci il dekabrın 6-da Avropa Şurası tərəfindən təsis edilib. Növbəti il sentyabrın 26-dan etibarən üzv dövlətlər bu günlə əlaqədar müxtəlif tədbirlər təşkil etməyə başlayıblar.

Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriç bu əlamətdar gün münasibətilə bəyanat verib. Bəyanatda Avropa Dilləri Günü qitəni özünəməxsus edən çoxsaylı dillərin bayramı kimi səciyyələndirilir. Qeyd olunur ki, dil müxtəlifliyi bizim mədəni irsimizdir. Bu, bizə fərqi qiymətləndirməyə və müxtəlifliyin gücümüz olduğunu anlamağa kömək edir.

Mariya Peyçinoviç Buriç ictimaiyyəti Avropadakı bütün dillərə dəyər verməyə səsləyir.

Avropa Dilləri Gününün qeyd edilməsinin əsas səbəbi hər kəsi ikinci və ya üçüncü dil öyrənməyə təşviq etmək, həmçinin bir neçə dilbilmənin mədəniyyətlərarası anlayışı artırdığını aşılamaqdır. Avropada 225 yerli dil var və onların üçdə ikisi təhlükə altındadır. Qitədə ən çox ingilis, rus, alman, türk, fransız, italyan dilləri yayılıb.

Qeyd edək ki, bu əlamətdar gün hər il Azərbaycan Dillər Universitetində də Avropa Dillərinə həsr edilən tədbirlərlə qeyd edilir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər