22.11.2024, 19:15
AZ EN
24.09.2023, 09:36 151

Sentyabrın 24-ü Beynəlxalq Lal-Karlar Günüdür

XƏBƏRLƏR
  • Hər il sentyabrın son bazar günü Beynəlxalq Lal-Karlar Günü kimi qeyd edilir.

Həmin gün 1951-ci ildə Lal-Karların Dünya Federasiyasının yaradılması şərəfinə təsis edilib və onun başlıca hədəfi karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır.

1760-cı ildə Fransada rahib de Lepe Parisdə lal-karlar üçün ilk məktəbin əsasını qoyub. O, mimikalarda danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı idi.

Statistikaya görə, dünyada təxminən 466 milyon nəfər eşitmə problemlərindən əziyyət çəkir. Bu, dünya əhalisinin 5 faizindən çoxu deməkdir və onların yarıdan çoxu eşitmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir. Eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır.

Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətəuyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, onlarca məşhurun adlarını sadalamaq mümkündür. Məsələn, İntibah dövrünün şairi Pyer de Ronsarı “fransız şairlərinin şahzadəsi” adlandırırdılar, o həm də gözəl qılıncoynadan və rəqqas idi.

Tarixdə başqa məşhurların da adı var. Məsələn, fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviq van Bethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, fransız filosofu və yazıçısı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar.

Hər il Beynəlxalq Lal-Karlar Federasiyasının çağırışı ilə eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə siyasətçi, hakimiyyət nümayəndələri, kütləvi-informasiya vasitələri işçiləri və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirilir. (AZƏRTAC)

Oxşar xəbərlər