Naxçıvanda hərbi xidmət keçən Mehdi ordudan tərxis edildikdən sonra doğma kəndlərinə qayıdıb təsərrüfat işləri ilə məşğul olub.
2020-ci ildə könüllü olaraq yenidən hərbi xidmətə qayıdıb. 44 günlük Vətən müharibəsində ön sıralarda olub: Ağdam, Ağdərə, Suqqovuşan istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub. Onun cəsurluğu sayəsində xeyli sayda yaralılarımız döyüş zonasından çıxarılıb. Oktyabrın 4-də Mehdigilin bölməsi Suqovuşan kəndi istiqamətində hərəkət edərək düşmənə ağır zərbələr vurub. Həmin döyüş zamanı düşmən tərəfindən atılan artilleriya atəşi zamanı çoxsaylı qəlpə yaraları alan Mehdi şəhid olub. Onun nəşi 9 gündən sonra döyüş meydanından çıxarılaraq yaşadığı Sarıcalı kəndinə gətirilib və orada dəfn edilib.
Hələ dəfn mərasimi başa çatmamış şəhidimizin sözlüsü Mələk Mehdinin yoxluğu ilə barışa bilməyərək özünə qəsd edib. Gənclər eyni gündə torpağa tapşırılıb.
Mehdi Məmmədov ölümündən sonra “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Tahirə AĞAMİRZƏ