19.10.2024, 08:45
AZ EN
13.09.2023, 16:59 173

Unudulmaz qazi

XƏBƏRLƏR

Arzusu Azərbaycan torpaqlarının işğaldan azad olunması kimi ülvi hisslər olan igidlərimizdən biri də İsrayıl Rövşən oğlu Həbilovdur. O, 23 fevral 1992-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuşdur. İsrayıl orta təhsilini kəndlərindəki tam orta məktəbdə almışdır. O, Həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Tərxis olunduqdan sonra gizir kimi xidmətini davam etdirmişdir. 44 günlük Vətən müharibəsində Kəlbəcər və Suqovuşan istiqamətində döyüşmüşdür. Murovdağ uğrunda gedən ölüm-dirim savaşında İsrayıl yaralanmışdır. Göstərdiyi igidliklərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları verilmişdir. Qazimiz ailəlidir, III dərəcəli əlildir.

İsa MUSAYEV

Oxşar xəbərlər