24.04.2025, 05:10
AZ EN
07.09.2023, 09:14 268

Füzuli sakini: Dədə-baba yurduma qayıtdığım üçün xoşbəxtəm

XƏBƏRLƏR
  • Doğma elimə, yurduma qayıtdığım üçün çox sevinirəm və xoşbəxtəm. Bütün məcburi köçkünlər tezliklə öz torpaqlarına qayıdacaqlar. Hər biri bu sevincli günü səbirsizliklə gözləyir.

Bu sözləri ata-baba yurduna qayıdan Füzuli sakini İsa Nəsirov deyib.

“Mən qayıtdıqda ilk olaraq öz qohumlarımın məzarını ziyarət edəcəm. Füzulidən çıxanda 8 yaşım var idi. Uzun illər keçməsinə baxmayaraq hələ də xatirələr xəyalımda canlanır. Artıq gözəl günlər bizi gözləyir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!”, – deyə İsa Nəsirov vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər