15.05.2025, 03:06
AZ EN
30.08.2023, 13:44 413

Yasamal rayonunda Zəngilan sakinlərinin səyyar qəbulu

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü Yasamal rayonunun M.Seyidov küçəsi 27-də məskunlaşan zəngilanlı sakinlərlə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar, digər sakinlər isə növbəlilik əsasında qəbul edildi.

Qəbula gələn vətəndaşlar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən dinlənildi. Müraciətlər əsasən işlə təmin olunma, mənzil məsələsi ilə bağlı onlara köməklik göstərilməsi ilə bağlı idi.

Qaldırılan məsələlərlə bağlı vətəndaşlara qanunamüvafiq izahat verildi.

Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Mina RƏŞİD

Oxşar xəbərlər