08.09.2024, 07:16
AZ EN
22.08.2023, 08:14 215

Cəbrayıl sakinlərinin Qaradağ rayonunda səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbul-görüşü Qaradağ rayonunda Qobu Park-1 keçmiş məcburi köçkün şəhərciyi, Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbinin binasında müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirib.

Səyyar qəbulda çıxış edən icra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, o cümlədən Cəbrayıl rayonunun ərazisində aparılan tikinti və quruculuq işlərindən söhbət açıb.

Rayon rəhbəri çıxışı zamanı həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışıb.

Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, həmin məsələlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər