Cəbrayıl RİH-n mətbuat xidmətinin məlumatına görə, bu ilin may ayında Fərid Həsənzadə İngiltərədə onlayn təşkil edilən 8-ci sinif şagirdləri arasında 100 ölkənin iştirak etdiyi riyaziyyat və məntiq üzrə Beynəlxalq olimpiadada birinci yer tutaraq qızıl medal qazanmış və 2023-cü ilin avqust ayında Londonda keçiriləcək Beynəlxalq olimpiadaya dəvət almışdır.
Məktəblimizi təbrik edir və uğurlar arzulayırıq.
Mina RƏŞİD