30.07.2025, 06:55
AZ EN
14.08.2023, 13:04 449

Şəhid leytenant Aqil Məcidovun həyatı kitaba çevrilib

XƏBƏRLƏR
  • Yazıçı İradə Aytelin “Leytenant Məcidov” adlı sənədli romanı bu günlərdə işıq üzü görüb. Kitabda 44 günlük Vətən Müharibəsində qazanılan Zəfər tariximizin Şəhid qəhrəmanı Aqil Məcidovun şərəfli döyüş yolundan söhbət açılır.

Qeyd edək ki, “Elm və Təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru Bəyanət Qasımov, ön sözün müəllifi və dəstəkçi isə Çingiz Abbasovdur.

Xatırladaq ki, “Leytenant Məcidov” müəllifin sayca 11-ci kitabıdır. Yazıçının bundan əvvəl “Sevgidən doğulan işıq” (şeirlər), “Bir cüt qızılgül” (sənədli roman), “Çiçək açan dərdlərim” (şeirlər), “İkimizin bir evimiz varıydı” (şeirlər), “Partizanın acı həqiqətləri” (sənədli roman), “Sədnik Paşa Pirsultanlının nəsri” (elmi-monoqrafiya), “Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr), “Qanlı öpüşlər” (hekayələr), “Bağışla” (şeirlər), “Seyfəli şəhidləri” (oçerklər) kitabları işıq üzü görüb.

Mina RƏŞİD

Oxşar xəbərlər