Bunu Zəngilan rayonunun Ağalı kəndi sakini Səmədova Validə deyib.
“Öz Vətənimizə, torpağımıza qayıdırıq. Gələndə 3 övladım var idi, indi 5 nəvəm var. İndi onlarla qayıdıram kəndə. Ən gözəl gənclik günlərim orada keçib”, - o vurğulayıb.
Xatırladaq ki, avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə - 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. (Report)