- Bu gün uzun həsrətdən sonra Laçına qayıdırıq. Doğma yurduma, elimizə getdiyim üçün həm sevinirəm, həm də fərqli hisslər yaşayıram. Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna təşəkkür edirəm ki, torpaqlarımızı geri qaytardı.
Bu sözləri doğma yurduna qayıdan Laçın sakini Qumru Verdiyeva söyləyib.
Sakin əlavə edib ki, bundan sonrakı ömrümü Laçında yaşamaq, orada başa vurmaq istəyirəm. (AZƏRTAC)