Elektron Təhlüləsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, naməlum mənbələrdən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi, həmçinin hər hansı şirkət və ya qurum adından belə kampaniyaların keçirilməsi barədə məlumat aldıqda, ilk öncə həmin şirkət və ya qurumla bu məlumatı dəqiqləşdirməyi tövsiyə edir. (AZƏRTAC)