Nazirlikdən verilən məlumata görə, onlarla məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində ilkin söhbətlər aparılıb.
Görülən işlərin davamı olaraq artıq Laçına köçürülmüş sakinlərlə də görüşlər davam etdirilib. Agentlik tərəfindən Laçına köçürülmüş daha 14 ailə ilə görüş keçirilib, onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyənləşdirilib.
Doğma yurdlarına köçürülən sakinlərin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili üzrə tədbirlər davam etdirilir. (Trend)