22.11.2024, 12:30
AZ EN
28.07.2023, 12:29 305

ANAMA işə qəbul elan edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə aşpaz, qabyuyan, xadimə, xidmətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.

ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizəni, şəxsiyyət vəsiqəsinin, təhsilə dair sənədlərin (attestat, diplom, sertifikat, arayış və digər), əmək kitabçasının surətlərini (olduğu halda) career@anama.gov.az ünvanına göndərməlidirlər.

Sənəd qəbulu avqustun 31-dək həyata keçiriləcək.

Qeyd olunub ki, seçim zamanı işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün 805 - qaynar xəttinə müraciət edilə bilər.

Oxşar xəbərlər