08.09.2024, 06:02
AZ EN
22.07.2023, 09:22 133

Laçın sakini: Bizə bu günü yaşadanların qarşısında baş əyirik

XƏBƏRLƏR
  • Laçından çıxanda mənim 42 yaşım var idi, indi 73 yaşındayam.

Bunu bu gün öz doğma yurd-yuvasına qayıdan növbəti Laçınlılardan olan Əliyeva Sərfinaz deyib.

31 il sonra öz evinə qayıdan Laçın sakini hisslərini bu sözlərlə ifadə edib:

"Allah o günləri bir də heç kimə göstərməsin. O günlər çox dəhşətli idi. Allah-təaladan istəmişəm, Ali Baş Komandanımızın canını sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin. Bizə bu günü yaşadanların qarşısında baş əyirik. Sevincimizin həddi-hüdudu yoxdur. Çox sevinirik, həm də həyəcanlanırıq. Biz o torpaqlarımıza qayıdırıq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün - iyulun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 22 ailə - 79 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. (Trend)

Oxşar xəbərlər