Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildiriblər ki, tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun sektor müdiri, “Narkotizmlə Mübarizə” İctimai Birliyinin icraçı direktoru, Zəngilan Rayon Gənclər və İdman İdarəsinin rəisi, Zəngilan rayon nömrəli və 29 nömrəli tam orta məktəblərin şagirdləri, müəllimləri, 29 nömrəli tam orta məktəbin psixoloqu, həmin məktəbin uşaq ictimai birliyinin sədri və digər idarə müəssisələrin əməkdaşları iştirak etdilər.
Dövlət Komissiyasının sektor müdiri çıxış edərək narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin, psixoloqların bu problemə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat verib. Sonra digər çıxış edənlər də mövzu ətrafında çıxış ediblər.
Sonda narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən “Narkomaniyaya yox de” videoçarxı nümayiş olunub və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilib. (AZƏRTAC)