Ağdam rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən ölməsi müəyyən edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.