Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında öz əkisini tapıb.
Qeyd edilib ki, 3021 şəhidin (o cümlədən 86 mülki şəhid) 7942 ailə üzvünə 15841 sosial ödəniş (7683 Prezident təqaüdü, 5576 sosial müavinət, 2582 pensiya) təyin edilib və proses hazırda davam etməkdədir. 2515 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə 5030 sosial ödəniş təyin edilib. 12832 yaralı hərbçi ailəsi ziyarət edilib, sosial məişət və tibbi ehtiyacları öyrənilib. 2515 nəfərə əlillik təyinatı aparılıb. (Trend)