Fərid hərbi xidmətini Beyləqanda keçirirdi. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Azərbaycan Ordusunun əsgəri kimi Fərid döyüşlərə qatıldı. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşdı.
Cəsur əsgər Fərid Hüseynzadə oktyabrın 15-də Füzuli döyüşləri zamanı qəhrəmanlıqla şəhadətə ucaldı. Şəhidimiz böyük izdiham və ehtiramla
Suraxanıda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Fərid Vətən uğrunda şəhadətə ucalanda cəmi 18 yaşı vardı. O, öz gənc ömrünü Vətənə, bizə bağışladı. Adı isə əbədi olaraq Zəfər tariximizə bir qəhrəman kimi yazıldı.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Fərid balamız!
Mina RƏŞİD