Dilafət Asif oğlu Bəndalıyev 2 aprel 1991-ci ildə Laçın şəhərində anadan olmuşdur. O, rayonun işğalından sonra məcburi köçkün kimi Laçın rayon 23 saylı tam orta məktəbdə oxumuşdur. Orta təhsilini bitirdikdən həqiqi hərbi xidmətə çağırılmış Dilafət Quru Qoşunlarında xidmət etmişdir. Xidmətini başa vuran D. Bəndalıyev daima Laçına qayıtmaq arzusu ilə yaşayırdı. Oraları görməsə də böyüklərin söhbətlərindən, ekranlardan o ecazkar yurda daha möhkəm bağlanmışdır. Zaman yetişdi, erməni təxribatına cavab olaraq əks hücum əmri verildi. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 gündə düşməni diz çökdürdü. Dilafət də könüllü olaraq ilk gündən döyüşə qoşuldu. Bir çavuş kimi Xocavənd, Cəbrayıl, Füzuli istiqamətində igidliklər göstərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə D.A.Bəndalıyev "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Qazimiz ikinci dərəcəli əlildir.
İsa Musayev