22.09.2024, 05:55
AZ EN
13.05.2023, 20:28 66

İgid çavuş

XƏBƏRLƏR

Əlisahib Əzim oğlu Orucov 7 iyul 1998-ci ildə Ağdam rayonunun Üçoğlan kəndində anadan olmuşdur. O, Ağdam rayonu, Səfərli kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət keçmişdir. Hərbi xidmətdən sonra MAHHXHQ da kiçik çavuş kimi xidmətini davam etdirmişdir. Vətən müharibəsində Ağdam istiqamətində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Ağdamın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Üçüncü dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər