Bu barədə institutdan məlumat verilib.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar nəşr edilmiş kitab xalqımızın böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilib.
Tariximizdə Heydər Əliyev erasını yaratmış Ulu Öndərin fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı olmadığına görə nəşrdə sovet xalqları, həmçinin Şərqi Avropadan tutmuş Afrika ölkələrinə qədər olan xalqların tarixində oynadığı roldan, onların həyatına təsir edəcək proseslərə imza atmasından da söhbət açılır.
Kitabda Heydər Əliyevin şəxsiyyət kimi formalaşdığı dövrlər, dünyanın əsas siyasi liderlərindən birinə çevrilməsi mərhələləri, bu yolda rastlaşdığı çətinliklər, lakin bütün qara qüvvələrə üstün gələn parlaq zəka, dəmir iradə, cəsarət, fəhm, milli təəssübkeşlik qələmə alınıb.
Beş fəsildən ibarət olan kitabın ilk fəsli Heydər Əliyevin uşaqlıq, gənclik və yetkinlik illərinə, ikinci fəsli Azərbaycanda siyasi hakimiyyətdə olduğu 1969-1982-ci illərə, üçüncü fəsli Moskva dövrünə (1983-1990), dördüncü fəsli ömrünün Naxçıvan mərhələsinə (1990-1993), sonuncu fəsil isə xalqın tələbi ilə hakimiyyətə qayıtdığı 1993-cü ildən sonrakı gərgin fəaliyyətinə həsr edilib. (AZƏRTAC)