Qəbulda rayon sakinləri, o cümlədən şəhid ailələri iştirak ediblər. Fərdi qaydada həyata keçirilən qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.
Hazırladı: Mina RƏŞİD