20.09.2024, 09:54
AZ EN
29.04.2023, 15:35 193

Qəhrəman oğlan

XƏBƏRLƏR

Anar Vəkil oğlu İbişov 31 mart 1985-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuşdur. Amma tale elə gətirdi ki, o, Sabirabad rayonu, Qalağayın kəndində yerləşən Füzuli rayonunun 26 saylı məktəbində oxumalı oldu. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə gedən Anar Quru Qoşunlarında xidmət etmişdir. Hərbi xidmətdən sonra gizir kimi fəaliyyət göstərmişdir. Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etmişdir. 8 oktyabr 2020-ci ildə Horadiz kəndində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı" ilə təltif edilmişdir. Ailəlidir, üçüncü dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR