20.04.2025, 06:53
AZ EN
10.03.2023, 15:13 273

Nazim Səmədzadə: "SOCAR işğaldan azad edilmiş ərazilərin qazlaşdırımasını 4 istiqamət üzrə layihələndirir"

XƏBƏRLƏR
  • Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işğaldan azad edilmiş ərazilərin qazlaşdırıması ilə bağlı 4 istiqamət üzrə layihələndirmə işləri həyata keçirir.

Bunu SOCAR-ın Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə bu gün Zəngilanda keçirilən İdarələrarası "Mərkəzi Enerji Təminatı" üzrə İşçi Qrupunun 62-ci iclasında bildirib.

Onun sözlərinə görə, bunlardan birincisi Böyük-Bəhmənli-Füzuli-Şuşa, ikincisi Horadiz-Laçın, üçüncüsü Mincivan-Zəngilan-Laçın, dördüncüsü isə Azad-Qaraqoyunlu-Ağdam istiqamətləridir: "Bu layihələrin icrasına bu il 295 milyon manat vəsait xərclənəcək. Ümumilikdə bu layihələrin icrası üçün 357 milyon manat vəsait ayrılıb".

N. Səmədzadə qeyd edib ki, artıq iki layihə üzrə torpaq işləri aparılır və onların təsdiqi gözlənilir. (Report)

Oxşar xəbərlər