30.04.2025, 14:23
AZ EN
18.11.2022, 11:27 335

Yaşayış minimumu haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib

XƏBƏRLƏR
  • Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

Sənədə əsasən, növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.

Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər