17.02.2026, 14:26
AZ EN
17.02.2026, 12:26 20

"Bu il Qarabağ Universiteti ilə robototexnika üzrə əməkdaşlığımızı daha da genişləndirəcəyik"

XƏBƏRLƏR
  • 2025-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə yerləşən Qarabağ Universitetində Dünya Robot Çempionatı çərçivəsində layihələrin icrasına başlanılıb.

Bu barədə açıqlamasında Azərbaycan Robototexnika Mühəndislik Akademiyasının (AREA) təsisçisi Rəhman Rəsulzadə deyib.

Rəhman Rəsulzadə bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ayırdığı təqaüd proqramı çərçivəsində ölkəmizin 20 regionunda gənclərimiz üçün robototexnika, süni intellekt, dron texnologiyaları və aviamodelizm istiqamətlərində təlimlər təşkil olunub. Qarabağ Universiteti bu layihənin həyata keçirildiyi əsas tədris mərkəzlərindən biridir.

R.Rəsulzadə bildirib ki, hazırlanmış model çərçivəsində həm yerli müəllimlər, həm də Bakıdan cəlb olunan mütəxəssislər tərəfindən tələbələrə ödənişsiz təqaüdlü təlimlər keçirilib: “Bu proqram çərçivəsində gənclər tərəfindən 7 təyyarə modeli, 5 dron, döyüş robotları və müdafiə sənayesi istiqamətində müxtəlif innovativ layihələr hazırlanaraq təqdim olunub”.

R.Rəsulzadə vurğulayıb ki, cari ildə də Qarabağ Universiteti ilə əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır: “İşğaldan azad olunmuş bölgələrdə gənclərin intellektual potensialının artırılması əsas hədəflərimizdəndir. Xüsusilə texnologiya sahəsində yetişən bu gənclər gələcəkdə ölkənin innovasiya və müdafiə potensialına töhfə verəcək “intellektual əsgərlər” kimi formalaşır”. (AZƏRTAC)

Oxşar xəbərlər