Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu yanaşma səyyar vergi yoxlamalarının yalnız istisna hallarda keçirilməsini təmin edəcək. Artıq rəqəmlər də bunu göstərir: 2024-cü ildə 8007 mindən çox vergi ödəyicisi arasında cəmi 384 səyyar yoxlama aparılıb ki, bu da 2023-cü illə müqayisədə 29%, 2018-ci illə müqayisədə isə 5 dəfə azalma deməkdir.
Deputat qeyd edib ki, yeni sistemin əsas üstünlüklərindən biri - əvvəlcədən məsləhətləşmə mexanizmi vasitəsilə vergi risklərinin azaldılmasıdır. Həmçinin, “üfüqi monitorinq” iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı azalan qalıq və ya düz xətt metodu ilə hesablamaq seçimi də verilir. Bu, maliyyə intizamının və korporativ idarəetmənin yaxşılaşdırılmasına xidmət edir.
Avtomatlaşdırılmış uçot aparan, daxili nəzarət sistemini tətbiq edən orta və iri sahibkarlar bu monitorinq sisteminə qoşula bilərlər. V.Bayramovun qeyd edib ki, yeni model həm vergi intizamını gücləndirir, həm də dövlət və biznes arasında səmərəli dialoqu təmin edir.
Bu yanaşma, bir tərəfdən, sahibkarları risklərin düzgün idarə edilməsinə təşviq edir, digər tərəfdən isə sanksiyaların tətbiqi hallarını azaldaraq vergi sistemində inamı və könüllü riayət səviyyəsini artırır.
Tahirə AĞAMİRZƏ