Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
O bildirib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi və yeni güclərin qurulması əsas prioritetlərimizdəndir. Bu prosesdə Türkiyə biznesinin iştirakı xüsusilə diqqətəlayiqdir. Kəlbəcər və Laçın rayonlarında 4 kiçik su elektrik stansiyasının bərpası və uzunmüddətli istismarı üzrə layihənin icrası həm enerji, həm də dayanıqlı inkişaf baxımından nümunəvi əməkdaşlıq modelidir. (APA)