26.07.2025, 01:46
AZ EN
24.07.2025, 16:37 217

Təqaüdlərin artımı həm də ölkəmizdə insan kapitalının inkişafının stimullaşdırılması baxımdan da vacib addımdır

XƏBƏRLƏR
  • "Azərbaycan Prezidenti doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə Sərəncam imzalayıb. Bu sənəd Azərbaycanda əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir".

Bunu mətbuata açəqlama verən Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, təqaüdlərin artırılması bu ildən reallaşan beşinci sosial paketin istiqamətlərindən biridir. 3 milyon vətəndaşımızı əhatə edən bu sosial paketə əlavə olaraq 1.4 milyard manat vəsait ayrılacaq: "Bütövlükdə, dövlət büdcəsindən bu il sosial istiqamətə 16.9 milyard manatın ayrılması reallaşacaq.

Yeni sənədlə doktorantura səviyyəsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat, ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat, akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat, akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 manat, bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 manat, akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat, akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat, orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 manat, akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 manat, akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 manat, peşə təhsili müəssisələrində isə akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 manat və akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 manat təqaüd veriləcək".

V.Bayramov daha sonra əlavə edib:

"Təqaüdlərin artımı vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də ölkəmizdə insan kapitalının inkişafının stimullaşdırılması baxımdan da vacib addımdır".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər